Ölkə

“Azərpoçt”un adından saxta SMS-lər göndərilir

20 Oktyabr 2023 21:08
Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiberdələduzlar "Azərpoçt" MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.