Ölkə

Sahibkarlar qarşısında yeni tələb qoyulur

17 Oktyabr 2023 17:54
Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, sahibkarlıq subyektlərində mühasibat uçotunun elektron formada aparılması tələb olunur.

Belə ki, "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

- iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində;

- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;

- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.