Ölkə

Ermənistan prosesi ləngidərsə, Azərbaycan buna hazırdır - Elçin Əmirbəyov

16 Oktyabr 2023 19:05
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan prosesi ləngidərsə, Azərbaycan Zəngəzur dəhlizinin İran əzarisindən çəkməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "BBC"-nin rusdilli xəbər xidmətinə müsahibəsində deyib.

Azərbaycanın guya Ermənistanın Sünik vilayətini tutmağa iddia etdiyi və Zəngəzur dəhlizini buradan çəkməyi planlaşdırdığı barədə sualı cavablandıran E.Əmirbəyov bu iddiaları təkzib edib.

"Biz bunun Ermənistanın suveren ərazisi olduğunu qəbul edirik. Lakin biz digər tərəfin dəhlizlə hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilməliyik. Bizə Azərbaycanın əsas hissəsində Naxçıvan istiqamətindəki və ya əks istiqamətdəki qatara minən hər bir sərnişinin təhlükəsizliyinə dair etibarlı zəmanət lazımdır", - deyə o qeyd edib.

Zəngəzur dəhlizi 40 kilometr uzunluqda nəqliyyat dəhlizi konsepsiyasıdır və reallaşdırılacağı təqdirdə Azərbaycanı Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış imkanı ilə təmin edə bilər. Bu marşrut böyük potensiala malik olmaqla "Bir kəmər, bir yol" layihəsinin davamı, eləcə də Şimal-Cənub dəhlizinin bir hissəsi ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.