Ölkə

Azad edilən ərazilərdə basdırılan minaların SAYI AÇIQLANDI - ŞOK RƏQƏMLƏR

29 Sentyabr 2023 20:33
Baxış: 818

Biz hesab edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə təxminən 1,5 milyon ədəd mina basdırılıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

Onun sözlərinə görə, bu, dəqiq və son məlumat deyil:

"Biz Laçında improvizə edilmiş bir sıra minalar aşkarlamışıq. Onlar evlərin astanasında, həyətlərdə yerləşdirilmişdi. Ümumiyyətlə mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqda baş verib. Belə ki, cəmi 52 hadisə keçmiş təmas xəttində, 137 partlama hadisəsi isə digər ərazilərdə meydana gəlib".

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics