Ölkə

Bu sahədə qanunsuz fəaliyyətlə məşğul olanların qarşısı alınacaq

20 Sentyabr 2023 15:09
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma hallarına görə İnzibatı Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq edilir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olan şəxsləri isə 400 manatdan 600 manatadək maliyyə sanksiyası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.