Nəsir Əhmədlinin nəvəsi babasının yolunu davam etdirəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il vəfat edən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədlinin nəvəsi də BDU-nun Jurnalistika fakültəsinə qəbul olaraq, tələbə adın qazanıb.
İlk dərs günü münasibətilə, mərhumun nəvəsi, Əhmədli Selcan öz təssüratlarını İnformator.az-a danışıb.
Jurnalistlərin Nəsir müəllimi... Selcan, baba yadigarı bir fakültənin tələbəsi olmaq necə hissdir?
- Kiçik yaşlarımdan başlayaraq, bu mühitdə böyüməyə başladım. Jurnalistika mənim həvəsdən çox, hədəfimə çevrildi. Bu gün məqsədimə çatdım. Babamın yolunu davam etdirmək üzrə, ilk addımlarımı atmağa başladım. Bu yolda atam və anam ən böyük dəstəkçim oldu. Babamı 10-cu sinifdə oxuyanda itirdim. Çox təəssüf ki, o, mənə olan dəstəyini tamamlaya bilmədi, amma varlığın daim hiss elədim. Qəbul xəbərin alanda, qürurumun, sevincimin həddi-hüdudu yox idi. İlk dərs günümdə, doğma fakültədə mənə qarşı olunan rəftarı görəndə, babamdan miras qalan fakültənin tələbəsi olduğuma görə qürurum ikiqat artdı.
Nəsir müəllim bu gün təəssüf ki, aramızda yoxdur. Öz nəvəsinin bu xoş günündə xeyir-dualarını dilə gətirə bilmir. Səncə, baban yaşasaydı, nə hisslər keçirərdi?
- Ömrünün son zamanları babamın bəlkə də ən böyük arzusu nəvəsini jurnalist olaraq görmək idi. Ötən illərə nəzər salsaq, jurnalistika kəskin sahə kimi tanınırdı, söz azadlığı belə güclü deyildi. Amma inkişaf etmiş bir dövrdə nəvəsinin jurnalist kimi yetişməsi, babamın ən böyük sevinci ola bilərdi...
Jurnalist olaraq yeni bir yola qədəm qoydun. Bu sahə ilə bağlı planların nədir?
- Abituriyent vaxtı özümü radio və televiziya sahəsində görərdim. Tələbə adını qazandıqdan sonra isə tək hədəfim 4 il müddətində universitetimə, fakültəmə layiq tələbə, gələcəkdə isə babamın adın daim yaşadacaq, onun buraxdığı izlərlə yola davam edən fakültəmdə müəllim olmaqdır.
Tələbəliyin ilk günü.. Necə bir hissdir?
- Hər şey gözlədiyimdən də yüksək səviyyədə özün doğrultdu. İstər fakültəmizin müəllimləri, istərsə də öz tələbə yoldaşlarım. Ümid edirəm ki, hər şey çox yaxşı olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəy və gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)





