Ölkə

Aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlandı - FOTO

12 Sentyabr 2023 17:48
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən "Zeytun Pharmaceuticals" MMC-yə məxsus aptekdə planlı yoxlama aparıb.

Bu barədə Milli.Az-a AQTA-dan məlumat verilib.

Yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif sayda, müxtəlif əmtəə nişanlı uşaq qidası və bitki çayının satışının həyata keçirildiyi aşkarlanıb. Həmçinin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.