Artıq biz 5 gündür ki, müvafiq işçi heyəti ilə buradayıq.
Bunu Trend-in Qarabağ bürosuna AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev açıqlamasında bildirib.
O, artıq 5 gündür müvafiq işçi heyəti ilə Ağdam-Xankəndi yolunda gözlədiklərini vurğulayıb.
"Hamı üçün bəllidir ki, gətirdiyimiz 40 ton un məmulatı olan iki TIR-la burada gözləyirik. Məqsədimiz ondan ibarətdir ki, giriş izni alınana kimi bu və ya digər şəkildə bu iki yük maşınında olan ərzaq yükünü, daha dəqiq desək 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Hələ ki, heç bir danışıqlar yoxdur. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlayacaqlar. Hazırda cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndidə olan erməni sakinlərə çatdırına kimi, biz burada qalacağıq, işimizi davam etdirəcəyik", - deyə Ceyhun Mirzəyev əlavə edib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.
Milli.Az