Ölkə

Bakı küçələrində satılan Maraş dondurmaları təhlükəlidir? - VİDEO

27 Avqust 2023 14:08
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay aylarının imtinaedilməzi olan dondurmaları sevməyən olmaz. Xüsusilə də Maraş dondurmaları. Onların xüsusi qaydada satılması alıcıları daha çox cəlb edir. Bəs açıq halda yol qıraqlarında satılan bu dondurmalar nə qədər təhlükəsizdir?

Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bu növ dondurmalar ölkəyə yoxlanılıb buraxılır, sertifikatla təmin edildikdən sonra satışına icazə verilir. Satıcılar isə deyirlər ki, tərkibində istifadə olunan indriqentlər Türkiyənin Kahramanmaraş bölgəsindən gəlsə də, bu dondurmalar Azərbaycanda istehsal olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.35-ci bəndinə əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda dondurmaların satışına icazə verilir. Bundan əlavə, həmin qaydaların 20-ci bəndinə uyğun olaraq səyyar ticarət üçün digər tələblərlə yanaşı, sahibkarlar tərəfindən sanitariya normalarına əməl olunması tələbi də müəyyənləşdirilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.