Ölkə

Hindistandan gətirilən yerfındığı zay çıxdı

11 Avqust 2023 17:07
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistandan Azərbaycana idxal olunan yerfındığı məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, "Buta Çərəz" MMC-nin Hindistandan idxal etdiyi ümumi çəkisi 54108 kq yerfındığı (araxis) məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə Aflatoksin B1-in miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.