Ölkə

Maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO - FOTO

15 İyul 2023 11:40
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Milli.Az-a bildirilib ki, bu çərçivədə, Agentliyin müfəttişləri Saatlı rayonunun Mollavəzili kəndində yerləşən fərdi sahibkar Ağaquliyev Fikrət Əlibaba oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazlarının, qoruyucu qurğuların yoxlanılmadığı və həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Aşkar olunan nöqsanların yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.