Ölkə

Rusiyadan gətirilən günəbaxan tumu zay çıxdı

7 İyul 2023 14:44
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, idxalatçı şirkət "Seyfi 22" MMC-nin Rusiyadan idxal etdiyi "Darkuş Aqro" MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

"Həmçinin istehsalçının respublikamıza həmin məhsulunun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib", - məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.