Ölkə

Azərbaycanda taksilərin sayına məhdudiyyət qoyulacaq - YENİ QANUN

12 İyun 2023 13:12
Baxış: 2 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərində tələb olunandan 4-5 dəfə çox taksi var. Bu, ekologiyaya zərərdir, tıxac deməkdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, metrodan istifadə edənlərin sayı azalıb: "Buna səbəb də tasksilərdir. Bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya görə metrodan istifadə azalıb. Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir. Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda UBER onlarda qadağan olunub. Bu, bir reallıqdır".

Tahir Mirkişili bildirib ki, bütün ölkələrdə şəhərin ölçüsünə görə beynəlxalq taksi şirkətlərinə və avtomobillərin sayına məhdudiyyət tətbiq edilir: "Yeni hazırlanan qanunda da bu məhdudiyyət nəzərdə tutulub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.