Ölkə

Gədəbəydəki mədəndən ətraf ərazilərə çirkab su axıdılır?

9 İyun 2023 22:57
Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı yayılan məlumatlar yerində araşdırılıb.

Bu barədə Milli.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qurumun rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib. Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.