Ölkə

Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlandı

10 May 2023 18:00
Baxış: 1 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

"Azilaqro" MMC və "Azərbaycan Toxumçuluq Təsərrüfatı" MMC tərəfindən təsərrüfat faydalı sınaqların həyata keçirilməsi məqsədilə ölkəmizə idxal olunan "İstek" (50 qram) və "Parola" (2.997 kq və 0.126 kq) sortu olan pomidor toxumlarından Agentlik müfəttişləri nümunələr götürərək ekspertiza və analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər. Müayinələr nəticəsində karantin tətbiq olunan zərərli orqanizm - pomidor meyvələrinin qonur qırışıqlıq virusu ("Tomato brown rugose fruit virus") aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş toxum partiyalarının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Toxum partiyaları məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.