Ölkə

ANS-in keçmiş əməkdaşı axtarışa verildi - FOTO

19 Aprel 2023 15:43
Baxış: 2 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ANS-in keçmiş əməkdaşı axtarışa verilib. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, ANS-in əməkdaşı olmuş Həbib Qərib oğlu Ovçuyev Cinayət Məcəlləsinin 234-cü (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. 

Azərbaycan polisi onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. 

Qeyd edək ki, Həbib Qərib oğlu Ovçuyev peşəkar idmanla məşğul olub. O, ANS Şirkətlər Qrupunun Təhlükəsizlik Xidmətinin İdman təlimatçısı vəzifəsində çalışıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.