Ölkə

BMW və “Porsche”ni atasının adına olan küçədə yandırıbmış - VİDEO

12 Aprel 2023 11:01
Baxış: 11 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən Göygöl sakini Fərid Hacıyev rayon ərazisində iki lüks avtomobili yandırıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Göygöldə avtomobilləri yandıran şəxs 1-ci Qarabağ Müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur. Maraqlıdır ki, o, hadisəni də elə atasının adına olan küçədə törədib.

F.Hacıyevin əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, ötən gün F.Hacıyev tərəfindən Göygöldə küçədə BMW və "Porsche" markalı minik avtomobilləri yandırılıb. O, şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.