Ölkə

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “LU-MUN” holdinq ilə qarşılıqlı əməkdaşliğa başladı

31 Mart 2023 15:35
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 Mart 2023-cü il tarixində, IFRC dəstəyi ilə - Azərbaycan Qızıl Aypara Cəmiyyəti və "LU-MUN" holdinq arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş baş tutub. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, vitse-prezident Qafar Əsgərzadə və LU-MUN holdinqin idarə heyətinin sədri Rüfət Tabasaranskiy iştirak edib. Görüş çərçivəsində hər iki qurumun humanitar sahədə nə qədər diqqətli, ciddi və yeni layihələrə açıq olduqları müzakirə edilib. Hər iki qurumun rəhbər şəxsləri keçmişdə və hal-hazırda gördükləri işlərdən və yeni planlardan söhbət açıb, gələcək layihələr üçün fikir mübadiləsi ediblər.

Görüşün sonunda isə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və "LU-MUN" holdinq arasında qarşılıqlı  əməkdaşslıq memorandumu imzalanıb. Bu anlaşma çərçivəsində hər iki qurum gələcək humanitar və sosial layihələrdə birlikdə hərəkət edəcəklər.

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.

2017-ci ildən fəaliyyət göstərən "LU-MUN Holding" MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir. Holdinqin əsas missiyası Azərbaycanın milli resurslarını optimallaşdırmaq və dirçəltməkdir. Holdingin məqsədləri isə sağlam və dayanıqlı həyat tərzini cəmiyyətimiz üçün əlçatan və cəlbedici etmək və inkişaf etdirdiyimiz xidmətlər və məhsullarla tarixdə iz qoymaqdır.

Qeyd edək ki, cəmiyyət tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış "YARDIM.ET" adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, SMS, MilliÖn, eManat, hesab.az, m10, mPay, ePul, Paşa Bank, Bank of Baku və UniBank mobil tədbiqləri, sayt vasitəsi ilə bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected].

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.