Fazil Mustafanın qardaşından AÇIQLAMA: “Kamera görüntülərinə baxmışam, atəş açılan zaman...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kamera görüntülərinə baxmışam, qardaşım atəş açılan zaman çevik davranaraq həyətə daxil olub və qapını bağlayıb. Hadisə baş verəndə ailəsi evdə olub, qardaşım özündən çox ailəsinə görə də narahat olub".
Bu sözləri ötən gecə yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan deputat Fazil Mustafanın qardaşı İlqar Mustafayev Oxu.az-a açıqlamasında deyib.
O bildirib ki, F.Mustafa evə qayıdarkən tək olub və bu, planlaşdırılmış hücum olub:
"Tək olub, maşından düşən zaman onu izləyiblər. Qaranlıq olub. Həyətdə dəmir dirək var, onlar orada pusqu qurub, məqsədyönlü şəkildə qardaşımı gözləyiblər. Bu, sifarişli hadisədir.
Kamera görüntülərinə silahlı şəxslər düşməyiblər, yalnız Fazilin çevik davranaraq həyətə girib qapını bağlaması anı var. Cəld qardaşım oğlu Toğrula zəng edib. Silahdan bir neçə atəş açılıb, xoşbəxtlikdən yan keçib. Həyətə tərəf qaçarkən iki güllə çiyin və ayaq nahiyəsinə dəyib. Şükür hazırda qardaşımın vəziyyəti yaxşıdır. Bu hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən axtarılırlar. İstintaq getdiyi üçün biz qeyri-dəqiq məlumatlar vermək istəmirik".
Fazil Mustafanın evinin və ailə yaxınlarının təhlükəsizliyinin təmin edilib-edilməməsi ilə bağlı suala isə İlqar Mustafayev belə cavab verib:
"Bəli, təhlükəsizlik məqsədilə ölkənin güc strukturları tərəfindən bütün zəruri tədbirlər görülüb. Təhlükəsizliyimizin tam təminatı üçün hüquq-mühafizə orqanları, dövlət tərəfindən bütün qabaqlayıcı tədbirlər atılıb".
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında qeydə alınıb. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Eyni zamanda o bu gün çiynindəki yara ilə bağlı ikinci dəfə cərrahi əməliyyata alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
XƏBƏR LENTİ
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
-
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
-
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - Fərman
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
-
Bakıda bu ərazilərdə kirayə mənzillər bahalaşdı
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu
-
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit!
-
130 nəfər Azərbaycandan deportasiya edildi
-
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
-
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib
-
Bakıda avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - (Video)
-
Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
-
Sahibkarların nəzərinə: Qiymətləri belə göstərənlər cərimələnəcək
-
Bu tarixlərdə maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
İşdən çıxarılan generala yeni vəzifə verildi
-
Fuad Nəcəfli aylar sonra görüntüləndi - (Foto)
-
Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapıldı - Rəsmi





