Ölkə

330-a yaxın azərbaycanlı xilasedici Kahramanmaraşda qalacaq

1 Mart 2023 17:30
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən 236 xilasedici Azərbaycana geri dönüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, sabah da bu qədər xilasedicinin geri dönəcəyi gözlənilir.

"Kahramanmaraş vilayətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 330-a yaxın xilasedicisinin qalması planlaşdırılır. Onlar gözlənilməyən halların baş vermə ehtimalına görə qalırlar", - nazir müavini deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikası FHN xilasediciləri Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ezam olunmuşdular.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.