Ölkə

“İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçirilib - FOTO

28 Fevral 2023 19:34
Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İctimai sektorda qadınlar və müasir çağırışlar" adlı konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Sevil Mikayılovanın moderatorluğu ilə keçirilən konfransda "Zəngəzurun tarixi-etnoqrafik təsviri və gender məsələləri", "Qərbi Azərbaycanın tarixi memarlıq irsi", "Qərbi Azərbaycana Qayıdış: vətəndaş cəmiyyətinin vəzifələri", "Orta dəhliz: regionda sülh" mövzularında çıxışlar dinlənib, mövzular ətrafında müzakirə aparılıb.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Milli Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Bahar Muradova, Məclisin deputatı Hikmət Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, memarlıq doktoru,əməkdar memar Gülçöhrə Məmmədova, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı çıxışçı kimi itşirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.