Ölkə

Aksiyanın 71 günü: tələblər dəyişilməz qalır

20 Fevral 2023 10:00
Baxış: 435
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Milli.Az xəbər verir ki, aksiya gecə boyu da davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 71-ci günündə aksiya keçirilən yoldan humanitar məqsədlə keçmək istəyən nəqliyyat vasitələrinin maneəsiz keçidinə şərait yaradıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.