Ölkə

Korona vaksinləri mövsümi qriplər üçün effektlidir? - Nazirdən AÇIQLAMA

20 Yanvar 2023 10:12
Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib

Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.

"Əminliklə deyə bilərik ki, 3 doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".

Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Ötən ilin dekabr ayının 15-dən etibarən 13 008 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 2 843 nəfər təşkil edib.

Arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.