Ölkə

Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü - FOTO

7 Yanvar 2023 10:39
Baxış: 2 336
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən Rzayev Qalib Qənimət oğlu dəm qazından zəhərlənərək vəfat edib.

Belə ki, avtoyuma məntəqəsindəki avtomobilin salon peçini işə salaraq yuxuya gedən gənc oğlan dəm qazının içəri dolması səbəbindən zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.