Ölkə

Bu qadını görənlər dərhal polisə zəng etsin - FOTO

13 Dekabr 2022 12:54
Baxış: 3 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə 31 yaşlı qadın itkin düşüb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1991-ci il təvəllüdlü Aygül Hüseynova sentyabr ayının 23-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

"Aygül Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur, qara, uzun saçları var. Evdən çıxarkən onun əynində qara rəngli kofta, göy rəngli cins şalvar və olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.