Rusiyada həbsdə olan azərbaycanlı müharibədə yoxa çıxıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada həbs edilmiş 1996-cı il təvəllüdlü Cavadzadə Teymur Rahim oğlundan 2 aydan artıqdır xəbər yoxdur.
Bu barədə "Qafqazinfo"ya müraciətində T.Cavadzadənin bacısı Nümunə Ağayeva bildirib.
Onun sözlərinə görə, qardaşı həbsxanadan Ukraynaya müharibəyə aparılıb və xeyli vaxtdır itkin düşüb: "Qardaşım 1996-cı ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub, həmin kənddə pasport qeydiyyatındadır. 2018-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getdi. Lakin 2019-cu ildə bir davaya qarışdı və ittiham edilərək orada həbs olundu, 7 il cəza aldı".
N.Ağayeva əlavə edib ki, qardaşı cəzaçəkmə müəssisəsindən vaxtaşırı olaraq yaxınları ilə telefonla əlaqə saxlayıb. Sonuncu dəfə isə o, bu ilin 25 sentyabr tarixində ailəsi ilə danışıb: "Telefonda bizə dedi ki, Rostov şəhərindədir. Bildirdi ki, telefonlarını və sənədlərini toplayırlar, bir müddət əlaqə saxlaya bilməyəcək. Lakin həmin vaxt müharibəyə aparıldığını demədi".
Bundan sonra xeyli vaxt Teymurdan xəbər ala bilməyən yaxınları narahat olmağa başlayıb və onun əmisi Əfqan Cavadov qardaşı oğlunu axtarmaq üçün Rusiyaya yollanıb: "Məlum oldu ki, qardaşım oktyabr ayının əvvəlində müqavilə imzalayaraq Rusiya ordusunda döyüşməyə gedib. Rusiyanın Ədliyyə Nazirliyi və Müdafiyə Nazirliyinin əməkdaşları qardaşıma və bir neçə digər məhbusa müqavilə imzaladıb və söz veriblər ki, Rusiya üçün döyüşə getsə, qalan cəza müddəti əfv olunacaq".
Şikayətçi məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və qardaşı Teymur Cavadzadənin tapılması üçün köməklik göstərilməsini xahiş edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
XƏBƏR LENTİ
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışlarının məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)





