Bu küçə təmir edildi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsi əsaslı təmir edilib.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, sözügedən küçə deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.
Təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçə boyu 2800 p/m yeni bordür, 762 p/m yeni səki daşı düzülüb.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Ardıcıllığa uyğun şəkildə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də icra olunub.
Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılıb.
Qeyd edək ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçələrin təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2021-ci ildə isə 14.2 km uzunluğa malik küçədə təmir işləri aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kilosu 70 qəpikdir, faydası isə saymaqla bitmir
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Bu həftə onların bəxti gətirəcək - İki bürcə xoş xəbər
-
Kilosu 70 qəpikdir, faydası isə saymaqla bitmir
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər





