Ölkə

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

17 Noyabr 2022 12:19
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabr ayının 15-də saat 19:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 500 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb,

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.