Hacı Tahirin oğlu barəsində cinayət işi başlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən gömrükdən mal keçirmək adı ilə pul alan şəxs barəsində cinayət işi başlanıb.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Hüseynağa Şahmarova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda H.Şahmarov barəsində ittiham aktı elan olunub. Məhkəmədə məlum olub ki, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə Həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən 4 min manat pul alıb. Belə ki, H.Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus 3 TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. Təqsirləndirilən şəxs Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib. Orada çalışan Dövlət Vergi Xidmətinin əməkdaşları ilə şəxsi tanışlıqları sayəsində 2 maşın malı ərazidən buraxdırıb. Üçüncü maşında riskli mallar olduğu üçün idarədən buraxılmayıb. Bu zaman Ceyhun etiraz edərək, mallarının buraxılmağı üçün pul verdiyini deyib. Bundan sonra işin üstü açılıb və Ceyhun H.Şahmarova hər maşına görə 2 min manat pul verdiyini bildirib.
Məhkəmədə ifadə verən H.Şahmarov pulu rüşvət qismində almadığını deyib: "Mən 8 dəfə Məkkədə olmuşam, haram pul yeyən deyiləm. Mən vergidə müavin işləyən Cavid müəllimi tanıyırdım. Broker kimi orada Cavid müəllimlə ünsiyyətimiz çox olurdu. Ondan xahiş elədim ki, Ceyhunun mallarını buraxsınlar. Ceyhun da pulu özü mənə verdi ki, əziyyət çəkmisən. Sonra da pulu özünə qaytarmışam".
Məhkəmə istintaqı davam edir.
Qeyd edək ki, H.Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, "Təzə Pir" məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğludur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəylə gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi





