Ölkə

İstehlaka yararsız qida məhsulları məhv edilib

13 Sentyabr 2022 15:00
Baxış: 827
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan Milli.Az-a verilən məlumat görə, "AZ FP CO LTD" MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 65 adda, 9246,59 kq müxtəlif növ süd məhsulları "Təmiz Sumqayıt-Kənan" MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.