Payız aylarında Azərbaycanda avtomobillər bahalaşacaq - Ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabr-oktyabr aylarında Azərbaycanda avtomobillər bahalaşacaq.
Bunu "APA-Economics"ə açıqalamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. O bildirib ki, bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krossover modellərinə maraq artıb.
"İkinci əl" avtomobil bazarında isə daha çox hibrid və dizel mühərrikli avtomobilllərə maraq artıb. Bu da "Aİ-95" markalı benzinin bahalaşması ilə bağlıdır: "Vətəndaşlar "Prius"la yanaşı, ABŞ-dan gətirilən 1,5 l. həcmli köhnə hibrid və dizel mühərrikli avtomobillərə üstünlük verirlər".
Ekspert bildirir ki, sentyabr ayından etibarən avtomobil bazarında yenidən satışlarda canlanma yaranacaq. Əsas problem isə komfortlu yeni hibrid avtomobilləri ilə bağlı olacaq. Belə ki, elektron avadanlıq və ehtiyat hissələrində çatışmaqlıq bu avtomobillərin qlobal istehsalının və satışlarının azalmasına səbəb ola bilər. Bu da yerli bazarda komfortlu avtomobil qıtlığı yarada bilər.
Ümumilikdə isə E.Cəfərov hesab edir ki, payız aylarında Azərbaycanda avtomobillər 2% civarından bahalaşa bilər: "Məsələn, hazırda 32 min dollara satılan Yaponiya istehsalı olan yeni avtomobil 33 min dollara təklif ediləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)





