Ölkə

Qadını şantaj edərək intihar həddinə çatdıran şəxsin məhkəməsi başlayır

20 Avqust 2022 12:37
0 Şərh     Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verildiyi kimi, cari il mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.

Şəki rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.