Taksi qiymətləri bahalaşacaq? - “Bolt” və “Uber” şirkətlərinə qarşı QANUN LAYİHƏSİ hazırlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bolt" və "Uber" taksi şirkətləri Azərbaycandakı şirkətlər arasında xaotik vəziyyət yaradıb. Həm də bazarda manapoliya yaradaraq suni qiymət endirib və bunun adına rəqabət qoyurlar. Bununla da digər taksi şirkətlərini sıradan çıxarırlar".
Milli.Az bildirir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, sahibkarlar işsiz gəncləri qəpik-quruş verərək taksi fəaliyyətinə cəlb edirlər və bununla da iş əmsalı aşağı düşür. Nəticədə bu problem gündəlik taksi istifadəçilərinin böyük narazılıqlarına səbəb olur:
"Artıq bəzi şirkətlər fəaliyyətini dayandırıb bəziləri isə güclə ayaqda qalmağa çalışırlar. Bir neçə sahibkar da bundan səmərəli şəkildə istifadə edir. Məsələn, onlar 10-15 minik maşını alırlar bu xüsusən də "Toyota prius" markalı olur və onları "Uber", "Bolt" kimi şirkətlərə yönlədirərək, sürücüləri maaşla işə götürürlər. Lakin sahibkarlar sürücünü istismar edərək, digər məsələləri nəzərə almırlar və nəzarət yox dərəcəsindədir. Sürücülər səhər saat 9-dan axşam 9-a hətta daha gec saatlara qədər fasiləsiz işləyirlər. Sözügedən şirkətlərin dünya səviyyəsində fəaliyyətləri fərqlidir. Hər ölkənin bu sahədə özünəməxsus qayda-qanunları var. Azərbaycanda isə hələlik taksi şirkətləri və onların fəaliyyəti məsələsi çox xaotikdir".
E.Muradlı həmçinin bu mövzuda ürəkaçan xəbəri də diqqətimizə çatdırıb. Belə ki, hazırda bu sahədə yeni qanunvericilik layihəsi hazırlanır:
"Məndə olan məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) bu sahədə digər aidiyyatı qurumlarla birlikdə yeni qanunvericilik layihəsi hazırlayır. Yəgin ki, bu yaxınlarda məsələ öz həllini tapacaq.
Çünki ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərində yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanda öz yerini tapıb. Burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Nəqliyyat Avtomobil Xidməti eləcə də Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat agentliyi , DİN və digər qurumlar prosesdə iştirak etməlidir. Yəgin ki, ilin sonuna qədər problemlərin həlli istiqamətində müəyyən addımların atılmasının şahidi olacağıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
XƏBƏR LENTİ
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq





