Ölkə

Siyəzəndə yol qəzası - Ata öldü, ana və övladı xəsarət aldı

14 Avqust 2022 13:18
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" markalı minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində "Mersedes" markalı minik maşınının sürücüsü dünyasını dəyişib, sürücünün həyat yoldaşı və oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.