Bakıda itkin düşən qadının sevgilisi həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda bir müddət əvvəl itkin düşən və ailəsi tərəfindən axtarışa verilən qadının sevgilisi həbs edilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları iyul ayında yoxa çıxan və axtarışına başlanılan D.İsmayılovanın (şərti soyadlı) telefon zənglərini araşdırıblar. Araşdırma zamanı onun 1984-cü il təvəllüdlü F.Abbasəliyevlə (şərti soyadlı) gizli sevgi münasibətinin olması üzə çıxıb. Polis əməkdaşları daha sonra həmin şəxsin axtarışına başlayıblar. Bir neçə dəfə zəng edərək onu 27-ci Polis Bölməsinə dəvət ediblər. Lakin həmin şəxs bölməyə gedərək izahat yazmaqdan imtina edib.
Bir neçə gün əvvəl isə polislər gecə saatlarında F.Abbasəliyevin yaşadığı evə gedərək onu bölməyə gətirmək istəsələr də, müqavimət göstərərək polislərlə getməyəcəyini bildirib.
Bundan sonra o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə protokol tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə F.Abbasəliyev D.İsmayılova ilə münasibətini kəsdiyini, bu səbəbdən də polisin onu bölməyə aparmasını anlamadığını bildirib:
"Özümü inzibati xəta ilə bağlı qismən təqsirli bilirəm, sərxoş olduğum üçün müəyyən hərəkətlər etmişəm. Eyni zamanda bildirim ki, itkin düşməsi ilə əlaqədar axtarılan şəxs D.İsmayılova ilə telefon vasitəsilə tanış olmuşdum. D.İsmayılova mənimlə birgə Göygöl rayonunda bir neçə gün qaldı. Sonradan onun ailəli olduğunu öyrəndiyim üçün ayrıldım və Bakı şəhərinə yola saldım. Hazırda D.İsmayılovaya görə polis bölməsinə dəvət edilməyimi düzgün hesab etmirəm".
Yasamal Rayon Məhkəməsinin qərarı ilə F.Abbasəliyevə 15 sutka həbs cəzası verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)





