Bakıda YPX əməkdaşları ilə sürücü arasında insident - ANBAAN VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda sürücü və polislər arasında insident baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb.
Belə ki, "Toyota Corolla" markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ilə yol polisləri arasında çəkişmə baş verib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə avqustun 9-u saat 13:20 radələrində baş verib:
"Belə ki, "Toyota Corolla" markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Lerik sakini, 1977-ci il təvəllüdlü Azad Rufullayev "20 Yanvar" istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyi üçün "Velotrek" adlanan ərazinin qarşısında YPX əməkdaşları tərəfindən saxlanılması üçün işarə verilib.
Şəxs avtomobilini saxlayıb, daha sonra ona yaxınlaşıb, sənədlərini təqdim etməli olduğunu bildirən polis əməkdaşına tabe olmayıb, onu aldatmağa çalışıb. Bir anda qəfil hərəkətə başlamaqla yoluna davam edib. Təhlükəli manevr hərəkətləri isə əhalinin sıx olduğu "20 Yanvar" dairəsi ərazisində digər vətəndaşlar üçün ciddi təhlükə yaradıb.
YPX əməkdaşları şəxsi təqib etmədən, qarşıda xidmət aparan naryadlara məlumat verməklə Salamzadə körpüsünün altında süni tıxac yaradılmaqla saxlayıblar. Sürücü ərazi üzrə polis bölməsinə aparılıb, tabesizlik göstərən şəxs barəsində toplanmış material Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə İXM-in 535-ci maddəsinə uyğun qərar qəbul edib.
Əlavə olaraq onu da qeyd edək ki, sürücünün sürücülük hüququ olmayıb".
A.Əsgərli sosial şəbəkələrdə YPX əməkdaşlarının sürücü ilə o formada çəkişməyə girmək hüququnun olmaması ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
"Onu da qeyd edək ki, hadisədə iştirak edən YPX əməkdaşları barədə də xidməti araşdırma başladılıb, onların da hərəkətlərinə hüquqi qiymət veriləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
“Onların nüvə silahı olmayacaq”
-
"Brent" markalı neft ucuzlaşdı
-
Çin dron sürülərini kosmosdan şarj edəcək innovativ sistem hazırlayır - FOTO
-
Məşhur futbolçu Romada evləndi - FOTO
-
Taleh Yüzbəyov depressiyadan bu yolla çıxır
-
Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...
-
Günün qoroskopu: Partnyorunuzla gizli duyğuları bölüşmək zamanıdır
-
Çinə ən çox borcu olan ölkələr açıqlandı - Rusiya, Türkiyə, İran...
-
Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
-
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
-
“Bundan gözəl nə ola bilər?” - Cavid Qurbanov
-
Leylan Nəsirovaya yüksək vəzifə verildi
-
Azərbaycan polisi asayişin keşiyində: Operativ reaksiya və təhlükəsizlik
-
Türkiyədə zəlzələ oldu
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarı yola düşdü
-
İranda internetlə bağlı mühüm qərar
-
Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi şəhər və rayonlarda işıq olmayacaq
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Tbilisiyə daha ucuz sərnişindaşıma imkanları araşdırılacaq - ADY
-
Üç otaqlı mənzildə modem hara qoyulmalıdır?





