Ölkə

Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR

10 Avqust 2022 10:00
0 Şərh     Baxış: 5 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.

Milli.Az bildirir ki, Oxu.az-a danışan hadisə şahidləri iddia edirlər ki, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.

Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-u saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilir.

Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər. 300-dən çox sakin yanan binadan təxliyə edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.