Bakı uşaq teatrının aktrisası Gülnar Əlizadənin ölüm səbəbi bilinib.
Milli.Az bildirir ki, teatrın direktoru İntiqam Soltanın Manset.az-a dediyinə görə, aktrisa ürək tutmasından vəfat edib:
"Ayın 12-də mövsümün bağlanış tamaşasında iştirak edirdi, sonra hamımız məzuniyyətə yollandıq. Ardınca da bu xəbər... Heç bilmirik ki, bir-birimizin üzünə necə baxacağıq".
Qeyd edək ki, 29 yaşlı aktrisanın 2 yaşlı qız övladı var.
Milli.Az