Ölkə

Ağcabədidə gənclər arasında kütləvi dava olub, bıçaqlanan var

15 İyul 2022 10:00
0 Şərh     Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədidə kütləvi dava olub.

Milli.Az xəbər verir ki, hadisə 4 nömrəli məktəbinin yaxınlığında qeydə alınıb.

Rayon sakinləri 1993-cü il təvəllüdlü Nemət Süleymanov, 1994-cü il təvəllüdlü Elməddin Abbasov, 1995-ci il təvəllüdlü Tural Əliyev, 2004-cü il təvəllüdlü Eyvaz Əliyev və 2001-ci il təvəllüdlü Sadiq Rüstəmov arasında mübahisə yaranıb. Dava nəticəsində Nemət Süleymanov bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və şəxslərin müəyyən olunması istiqamətində işlər aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.