Ağcabədidə kütləvi dava olub.
Milli.Az xəbər verir ki, hadisə 4 nömrəli məktəbinin yaxınlığında qeydə alınıb.
Rayon sakinləri 1993-cü il təvəllüdlü Nemət Süleymanov, 1994-cü il təvəllüdlü Elməddin Abbasov, 1995-ci il təvəllüdlü Tural Əliyev, 2004-cü il təvəllüdlü Eyvaz Əliyev və 2001-ci il təvəllüdlü Sadiq Rüstəmov arasında mübahisə yaranıb. Dava nəticəsində Nemət Süleymanov bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və şəxslərin müəyyən olunması istiqamətində işlər aparılır.
Milli.Az