Ölkə

"Baktelecom"dan "tarqovı"dakı partlayışla bağlı AÇIQLAMA

12 İyul 2022 11:37
0 Şərh     Baxış: 3 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, şirkətin rabitə xidmətləri göstərməsində heç bir fasilə qeydə alınmayıb və ilkin monitorinqə əsasən rabitə infrastrukturuna ziyan dəyməyib. Hazırda aidiyyəti qurumlar hadisənin baş vermə səbəblərini müəyyən edir. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq", - deyə "Baktelecom" bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.