Ölkə

Azərbaycanda biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO

11 İyul 2022 17:23
1 Şərh     Baxış: 5 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

22 yaşlı Dördlər kənd sakini Sərxan Əsədli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə-beyin travması alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün S.Əsədlinin doğum günü imiş.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.