Vidadi Muradovun həyat yoldaşı 30 milyonluq əmlakın qaytarılmasını istəyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun hüquqi varisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hüquqi varis V.Muradov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ona məxsus 30 milyon manatlıq əmlakın üzərindən həbsin götürülməsi istənilib.
Şikayət ərizəsi artıq Ali Məhkəməyə təqdim edilib.
Xatırladaq ki, "Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Onkoloji xəstəliyi ilə bağlı ev dustaqlığına buraxılan Vidadi Muradov ötən ilin noyabrın 5-də xəstəxanada vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyonluq əmlakları dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir - FOTO
-
Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır
-
7 addımda soyuducu təmizləməyin sirləri
-
Vyetnamın "VinFast" brendi yeni "VF 8" modelini təqdim etdi: qiyməti düşdü - FOTO
-
Yazda necə qidalanmaq lazımdır?
-
Mayın sonuna qədər sərvət qazanacaq BÜRCLƏR
-
Omeqa-3 həqiqətən faydalıdır?
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi





