Ölkə

Bakıda narkotik qəbul edib avtobus idarə edən sürücü tutuldu - VİDEO

28 İyun 2022 11:07
0 Şərh     Baxış: 1 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Narkotik maddənin təsiri altında avtobus idarə edən şəxs saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olan "MİDİBUS" markalı, 90-CT-684 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Rəşad Nəcəfov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Rəşad Nəcəfovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Rəşad Nəcəfov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Rəşad Nəcəfov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.