Ölkə

Bakının bu küçələri avtomobillər üçün bağlı olacaq - SİYAHI

25 İyun 2022 11:48
0 Şərh     Baxış: 2 825

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Milli.Az-a bildirib ki, sabah, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

"Bununla əlaqədər olaraq Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi; Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli; Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı; Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti; Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank istiqamətlərində şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir", - o vurğulayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, 26.06.2022-ci il tarixində yürşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli marşrular) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics