Ölkə

Bu məmurun maaşı 3500 manata qaldırılır

20 İyun 2022 20:08
Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əməkhaqqı məbləğində ona pul təminatı verilir.

Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bundan başqa, Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı da artırılır. Bu, "Konstitusiya Məhkəməsi haqqında" qanuna nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50%-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarət olacaq. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı isə 3500 manat olacaq.

Qüvvədə olan qanuna görə, Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Milli Məclis deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis Sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminə əmək məzuniyyətinə çıxdığı vaxt dövlət büdcəsi hesabına birdəfəlik ödəmə qismində iki aylıq əməkhaqqı məbləğində müavinət verilir. Konstitusiya Məhkəməsi hakimlərinin müalicəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada onlara iki aylıq əməkhaqqı məbləğində birdəfəlik müavinət verilir.

Layihəyə əsasən, bu müddəalar ləğv olunur.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.