Ölkə

Azərbaycanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

20 İyun 2022 11:45
0 Şərh     Baxış: 1 127
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Milli.Az-a bildirilib ki, son 5 ay ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33 893 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.