MTN generalı Ədliyyə Nazirliyinin işçisindən 135 min alıbmış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, növbəti prosesdə zərərçəkmiş Natiq Teymurov ifadə verib.
N.Teymurov 2013-cü ilin sentyabrında MTN tərəfindən saxlanıldığını bildirib: ""Sədərək"də sahibkarlıqla məşğul olurdum. Tutulandan sonra iş İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədova həvalə edildi. Bundan sonra şöbənin rəisi Sahib Ələkbərov məni ən ciddi həddə azadlıqdan məhrum etmə cəzası ilə hədələdi. Azad edilməyim üçün 300 min manat tələb etsə də, 150 min manata razılaşdıq. Sentyabrın 20-də Rəfael pulu MTN-in arxa qapısında Sahib Ələkbərova verdi. Sentyabrın 25-də həbsdən azad edildim".
Bundan sonra Natiq Teymurovla bağlı cinayət işinin istintaqını aparmış müstəntiq Fuad Məmmədov şahid qismində ifadə verib. Onun sözlərinə görə, işlə bağlı heç kimdən pul almayıb: "Müstəntiq olaraq prosessual şəxs olmuşam. İstintaqa nəzarəti həyata keçirən prokurora tabe olmuşam. Qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi sırf prokurorluğun göstərişi əsasında həyata keçirilib. İstinaq müddətində Natiq Teymurovun əməlində qaçaqmalçılıq olmadığı üzə çıxıb və azad edilib".
Daha sonra Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Mənsurə Hacıyeva şahid qismində dindirilib. O, oğlu Qulam Bağırovun MTN tərəfindən şərlənərək həbsə alındığını deyib: "Bu gün, burada dəmir barmaqlıq arxasında əyləşmisən (Mövlam Şıxəliyevi nəzərdə tutub). Sizə görə bizim ailəmiz çox ağır vəziyyətə düşdü. Oğlum Qulamı həbs elədiz, etmədiyi cinayətə görə bizim ailəyə qarşı quldurluq etdiz. Bizdən aldığınız pulları ailələrinizə, övladlarınıza verəndə nə deyirdiz?! Mən bu gün də kirayədə yaşayıram. Haramınız olsun. Uzun illər Ədliyyə Nazirliyində işlədim, heç vaxt sizin kimi Allahsızlıq etmədim. Bizdən 135 min dollar aldınız, oğlum Qulamı aidiyyəti olmayan işə qoşub Ağır Cinayətlər Məhkəməsinə göndərdiz. Orada hakim Qulama dedi ki, məhkəməyə gəlmə. 1 il sonra da çağırıb deyiblər ki, sənə şərti hökm kəsdik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
XƏBƏR LENTİ
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu





