Ölkə

Əsgərlikdə ola-ola Bakıda “avtoşluq” etdi - VİDEO

24 May 2022 11:24
6 Şərh     Baxış: 2 960

Bakıda hərbi xidmətdə olan iş adamının oğlu "avtoşluq" edib görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Milli.Az xəbər verir ki, video "avtosfer.az" saytında yayımlanıb. Araşdırmalar zamanı əməlləri törədən şəxsin Məlikov Əziz Soltanpaşa oğlu olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs hərbi xidmətdə ola-ola bu əməlləri törədib. Daha sonra avtoxuliqanlıq əməlini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Əziz Məlikovun tanınmış iş adamının oğlu olduğu bildirilir.

Dövlət Yol Polisinin araşdırmaları zamanı məlum olub ki, aprelin 26-da gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. Ə.Məlikov hərbi xidmətdə olduğu üçün iş Bakı Hərbi Məhkəməsin göndərilib.

Faktı Bakı Şəhər Baş DYP-nin inspektoru Araz Əsgərli təsdiqləyib.

Öz növbəsində, Müdafiə Nazirliyi də Bakıda avtoşluq edən əsgərlə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a bildirilib:

"N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.

Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".

Milli.Az 

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

6 Şərh:

  • Anonim
    adsiz · 24 May 11:2660

    anasindan atasindan kusen butun serefsizler geceler ecemide o dairede avtosluq edirler

    Cavab yaz
  • Anonim
    malades · 24 May 11:3260

    HƏRBİ HİSSƏDƏ QAYDA QANUN VAR. öZBAŞINA TƏRK EDƏ BİLMƏZ. "makler"i TAPIN.

    Cavab yaz
  • Anonim
    ALEKS❤️ · 24 May 11:4460

    Papan ölmüyüb hələ,can papanın gül balası...harınlamaq budu.başqalarına görk olsun deyə lazımi tədbirlər görülməlidir.Vəzfəli şəxslərin həyat tərzi barədə qanunlarda göstərilənlərə əməl etmək lazımdı.

    Cavab yaz
  • Anonim
    QAYİM · 24 May 12:2310

    tutub əməəəli iş verilsin

    Cavab yaz
  • Anonim
    Sevda.R · 24 May 12:2720

    Özbaşına tərk edib.özbaşınayaaa

    Cavab yaz
  • Anonim
    AA · 24 May 16:1730

    Dİ GET İNDİ RUÇNOY ÇƏK !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics