Ölkə

Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya edilib

21 May 2022 11:17
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, Qalib Ağayev mayın 19-da Rusiyadan deportasiya olunub.

Qeyd edək ki, Qalib Ağayev haqqında ötən ilin sonunda Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən Rusiyadan deportasiya olunmaq qərarı çıxarılıb.

Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarılmaqla 5 min rubl məbləğində cərimələyib. Bundan başqa, məhkəmə Qalib Ağayevin Yeqorsk şəhər dairəsindəki Rusiya Daxili İşlər Nazirliyinin əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, keçmiş diaspor rəhbəri Rusiya İnzibati Xətalar Məcəlləsinin Rusiya Federasiyasında qalma (yaşayış) hüququnu təsdiq edən sənədlərin olmaması və ya belə sənədlərin itirilməsi ilə ifadə edilən Rusiya Federasiyasında qalma (yaşayış) rejiminin xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən pozulması, onların itirilməsi barədə müvafiq orqana ərizə təqdim edilmədikdə və ya müəyyən müddətdən sonra Rusiya Federasiyasını tərk etməkdən yayındıqda, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda maddəsini pozmaqda təqsirli bilinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.